Bundan başqa, cinayət törətdiklərinə görə 41 nəfər tutulub.
Ötən gün Azərbaycan ərazisində baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər həlak olub, 9 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 75 cinayət faktı qeydə alınıb, onların 20-si “isti izlər”lə açılıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.*
R.Babayev