Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 13-nə manatın dollara qarşı rəsmi məzənnəsini iyulun 12-nə olan 1,5518 manat/$1 səviyyəsinə qarşı 1,5549 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,1997% ucuzlaşıb.
AMB iyulun 13-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyulun 12-də qeydə alınmış 1,7191 manat/1EUR səviyyəsinə qarşı 1,7203 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,0698% ucuzlaşıb.
İyulun 13-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyulun 12-də qeydə alınmış 0,0242 manat/1RUR səviyyəsinə qarşı 0,0243 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 0,4132% ucuzlaşıb. **
A.Əzizov