Xəzər dənizinin hüquqi bazasına dair hüquqi baza bir sıra istiqamətlər üzrə Xəzəryanı dövlətlər arasında dərin qarşılıqlı anlaşma üçün təməl yaradıb. Lakin “beşlik” ölkələri beynəlxalq razılaşmaları inkişaf etdirmək niyyətindədir. Bu barədə Qazaxıstan XİN başçısı Erlan İdrisov bəyan edib.Erlan İdrisov: Xəzəryanı ölkələr həmçinin dənizdə təhlükəsizlik sahəsində hüquqi bazanı inkişaf etdirəcəklər
“Əsaslı hüquqi bazaya baxmayaraq, Xəzər “beşliyi” müxtəlif sahələrdə beynəlxalq razılıqlarəın tempini gələcəkdə də artırmaq niyyətindədir. Bu, ilk növbədə, idarələrarası protokolların, səlahiyyətli orqanlar arasında qarşılıqlı əlaqənin ayrı-ayrı istiqamətləri üzrə Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişlərin hazırlanmasına aiddir. Biz bu barədə dünən görüşlər zamanı danışmışıq”, - deyə E.İdrisov Astanada Xərəyanı dövlətlərin XİN başçılarının müşavirəsində bildirib.
Bununla yanaşı, Qazaxıstan XİN başçısı Xəzərdə ekoloji təhlükəsizliyin təminatı məsələlərinin tənzimlənməsi sahəsində əldə olunan irəliləyişi vurğulayıb. **