Xarici işlər naziri Elmar Məmmədyarov Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin razılaşdırılmamış müddəaları üzrə razılaşmaların Xəzəryanı dövlətlərin rəhbərlərinin növbəti sammiti keçirilənədək əldə olunmasını vacib hesab edir.Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin razılaşdırılmamış müddəaları üzrə razılaşmalar dövlət başçılarının növbəti sammitinədək əldə olunmalıdır
«Xəzəryanı dövlətlərin rəhbərlərinin növbəti sammiti keçirilənədək, Konvensiya layihəsinin bütün razılaşdırılmamış müddəaları üzrə razılaşmaların əldə olunması vacibdir», - deyə o, bu gün Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, bununla yanaşı, Konvensiya layihəsinin Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması üçün əsas təməl təşkil edən müddəalarını ən qısa müddət ərzində razılaşdırmaq üçün maksimum səy göstərmək lazımdır.*
F.İsazadə