Bakı ümid edir ki, Xəzər dənizinin dibi və təkinin delimitasiyası, kabel və boru kəmərlərinin çəkilməsi ilə bağlı məsələlər beynəlxalq dəniz hüququnun normalarına uyğun olaraq danışıqlar prosesi çərçivəsində həll olunacaq. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.Azərbaycan Xəzər dənizinin dibi ilə boru kəmərlərinin çəkilməsi məsələlərinin danışıqlar prosesi çərçivəsində həll olunacağına ümid edir
“Ümidvaram ki, açıq dənizə çıxışı olmayan Xəzəryanı dövlətlərin Xəzər dənizindən başqa dənizlərə və Dünya okeanına sərbəst çıxış hüququ, tərəflərin hərbi gəmilərinin başqa ölkələrin milli suverenliyi altında olan zonalardan keçmə hüququ, həmçinin Xəzər dənizinin dibi və təkinin delimitasiyası, kabel və boru kəmərlərinin çəkilməsi ilə bağlı məsələlər beynəlxalq dəniz hüququnun normalarına uyğun olaraq danışıqlar prosesi çərçivəsində həll olunacaq”, - deyə E.Məmmədyarov çərşənbə günü Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, ümumtanınmış dünya praktikası əsasında və mövcud beynəlxalq prinsip və normalara müvafiq olaraq ilkin xətlərin çəkilməsi metodikasına dair konsensusun tapılması ümumi razılaşmaların əldə olunmasına kömək edəcək. **
F.İsazadə