2019-2020-ci illərdə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin sifarişi ilə 10 yeni МС-21 orta magistral təyyarənin tədarükü nəzərdə tutulur. Bu barədə QSC-dan məlumat verilib.2021-ci ilə qədər AZAL 10 ədəd yeni MC-21 orta magistral təyyarəsi alacaq
“Açılışı iyuun 11-də Böyük Britaniyada keçirilən “Farnborough Airshow - 2016” Beynəlxalq aerokosmik salon çərçivəsində, AZAL-ın prezidenti Cahangir Əsgərov və “İlyuşin Finans Ko." şirkətinin baş direktoru Aleksandr Rubtsov arasında МC-21 təyyarələrinin lizinqə verilməsi haqqında danışıqlar aparılıb. Təyyarələrin tədarükü 2019-2020-ci illər üçün nəzərdə tutulub”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, iyun ayında AZAL ilə “İlyuşin Finans Co” şirkəti arasında 10 yeni МС-21 orta magistral təyyarənin lizinqə verilməsinə dair niyyət memorandumu imzalanıb.
Təyyarələrin dəqiq sifariş parametrləri 2017-ci ilin fevral ayında razılaşdırılacaq. Bu dövrə qədər təyyarələrin sayı, qiyməti, daxili təribatı müəyyən ediləcək.
MC-21 təyyarələri Tu-204, Tu-154B/M və onların qərb analoqlarını (o cümlədən, Boeing 737 və А320) əvəz etmək üçün yaradılır. Uçuş sınaqlarını cari ilin sonunda aparmaq nəzərdə tutulub, seriya istehsalı isə 2017-ci ildə planlaşdırılır.
Təyyarələr modellərdən asılı olaraq 150-211 sərnişinin daşınması üçün nəzərdə tutulub. **
N.Abbasova