"Azərbaycan Hava Yolları" (AZAL) QSC2021-ci ilədək 10 ədəd "Boeing 737 MAX" təyyarəsi almağı planlaşdırır. Bu barədə QSC-nin məlumatında deyilir.
“AZAL-ın prezidenti Cahangir Əsgərov "Boeing" şirkətinin baş vitse-prezidenti Martin Benrott və korporasiyanın satış üzrə direktoru Serdar Gürz ilə görüşdə 2018-2020-ci illərdə 10 ədəd "Boeing 737 MAX" təyyarəsinin tədarükü, sözügedən layihənin maliyyələşdirilməsi məsələsini müzakirə edib”, - deyə məlumatda bildirilir.
Danışıqlar iyulun 11-də açılan "Farnborough Airshow - 2016" aviasalonu çərçivəsində baş tutub
Tədbir çərçivəsində Azərbaycan tərəfi "Boeing", "İlyuşin", "Antonov" və s. kimi böyük aviatikinti şirkətləri ilə də danışıqlar aparıb.
“Xüsusilə "Ukrayna aviatikinti şirkəti" Korporasiyasının Şura rəhbəri Mixail Qvozdev və "Antonov" dövlət müəssisəsinin prezidenti Aleksandr Kotsyuba ilə Azərbaycanda "Аn-178" nəqliyyat təyyarələrinin istehsalı və texniki xidmət göstərilməsinin təşkili layihəsi üzrə danışıqların üçüncü mərhələsi keçirilib”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova