Ankara Suriya ilə yaxşı münasibətləri inkişaf etdirmək niyyətindədir. Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım çərşənbə günü bəyan edib.Türkiyənin baş naziri Suriya ilə münasibətlərin yaxşılaşmasına yönələn kursu təsdiq edir
“Biz dostların sayını artıracağıq. İsrail və Rusiya ilə münasibətləri normallaşdıraraq artıq bunu etməyə başlamışıq. İndi, əminəm ki, Suriya ilə əlaqələri normallaşdıracağıq. Bu bizə lazımdır”, deyə Türkiyə mətbuatı baş nazirin sözlərindən sitat gətirib.
B.Yıldırımın sözlərinə görə, İraq və Suriyaya terorçuluqla uğurlu mübarizədə sabitlik lazımdır.
“Regionun digər ölkələrinin rəqabətdən imtina edərək, artıq gözlərimizin önündə bəşəriyyətin məhv edilməsinə göz yummayacaqlarına ümid edirik”, - deyə baş nazir vurğulayıb. **