Moskva 2017-ci ildə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanacağına ümid edir. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib.
“2017-ci ildə müvafiq konvensiyanın imzalanmasının tam real hesab edirəm. Hətta bu sənədin ilin birinci yarısında imzalanması mümkündür”, - deyə S.Lavrov Astanada Xəzəryanı dövlətlərin XİN başçılarının görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
“Yaın iki ay ərzində ekspertlərimiz intensiv işləyəcəklər. Sonra xarici işlər nazirlərinin bu mərhələdə rollarını müəyyən edəcəyik”, - deyə o əlavə edib. **