Prezident İlham Əliyev Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobilyolunun tikintisi ilə bağlı əlavə tədbirlərin maliyyələşdirilməsinə 1,8 mln. manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.Qusar-İmamqulukənd-Quxuroba avtomobilyolunun tikintisi ilə bağlı əlavə tədbirlərin maliyyələşdirilməsinə 1,8 mln. manat ayrılıb
Dövlət başçısının saytında verilən məlumata görə, vəsait Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondundan ayrılacaq.
Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolu on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir.*
F.İsazadə