Prezident İlham Əliyev “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqi barədə fərman imzalayıb.
Dövlət başçısının saytında verilən məlumata görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.*