Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 14-nə manatın dollara qarşı rəsmi məzənnəsini iyulun 13-nə olan 1,5549 manat/$1 səviyyəsinə qarşı 1,5576 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,1736% ucuzlaşıb.
AMB iyulun 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyulun 13-də qeydə alınmış 1,7203 manat/1EUR səviyyəsinə qarşı 1,7308 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,6103% ucuzlaşıb.
İyulun 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi 0,0243 manat/1RUR səviyyəsində saxlanılıb.*
N.Abbasova