“Azərişıq” ASC Mərkəzi Aran regionunda ümumi uzunluğu 201,17 km 10 kV xəttlər və ümumi uzunluğu 510,89 km təşkil edən 0,4 kV OİN xətlərin layihələndirilməsi, təchizatı və quraşdırılması üzrə podratçı seçir. Bu barədə ASC-dan məlumat verilir.“Azərişıq” Azərbaycanın mərkəzi hissəsində elektrik ötürücü xətlərinin layihələndirilməsi və tikintisi üzrə podratçı seçir
Tikinti müddəti 365 gündür.
Tenderdə iştirak haqqı 650 manatdır.
İşlər “Elektrik paylayıcı şəbəkənin genişləndirilməsi” investisiya proqramı çərçivəsində həyata keçiriləcək. Bu proqram üçün Asiya İnkişaf Bankı (AİB) $750 mln. məbləğində tranş ayırmağı planlaşdırır (hər biri $250 mln. olan 3 tranş - İF-Az).
Lot-1-də son 3 il ərzində minimum $19,32 mln. həcmində illik tikinti dövriyyəyə malik olan və son 5 il ərzində ən azı bir analoji müqavilə həyata keçirmiş şirkətlər iştirak edə bilərlər.
Lot 2-də son 3 il ərzində minimum $15,32 mln. həcmində illik tikinti dövriyyəsinə malik olan və son 5 il ərzində ən azı bir analoji müqavilə həyata keçirmiş şirkətlər iştirak edə bilərlər.
Hər iki lotda son 3 il ərzində minimum $34,64 mln. həcmində illik tikinti dövriyyəsinə malik olan və son 5 il ərzində ən azı bir analoji müqavilə həyata keçirmiş şirkətlər iştirak edə bilərlər.
Şirkətlərdən tender təklifləri avqustun 11-dək qəbul olunur. Tender proseduru da həmin gün keçiriləcək.
Xəbər verildiyi kimi, 2015-ci ilin may ayında Azərbaycan hökuməti və AİB ölkənin elektrik paylayıcı sisteminin yaxşılaşdırılması üzrə $1 mlrd. məbləğində investisiya proqramının həyata keçirilməsi üçün Anlaşma Memorandumu imzalayıb.
AİB iyul aylında layihə üzrə multitranş maliyyələşdirmə proqramını təsdiq edib.
N.Abbasova