DGK BÜDCƏ KÖÇÜRMƏLƏR
DGK I yarımillikdə dövlət büdcəsinə vergi və rüsum köçürmələrini 30% artırıb
Dövlət Gömrük Komitəsi (DGK) 2016-cı ilin birinci yarısında dövlət büdcəsinə 995 mln. 379,2 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
2016-cı ilin birinci yarısında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 674 mln. 850,7 min manat, aksizlər üzrə 46 mln. 208,09 min manat, yol vergisi üzrə 32 mln. 380,9 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 270 mln. 919,51 min manat məbləğində olub.
2016-cı ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 810 mln. manat həcmində müəyyən edilib. **
N.Abbasova