Azərbaycan prezidenti İlham Əliyev ölkənin neft nəqli üçün “Odessa-Brodı” layihəsinin reallaşdırılmasında maraqlı olduğunu bəyan edib.
“Biz Odessa-Brodı layihəsinin reallaşdırılmasını ciddi müzakirə etdik və bu layhənin bərpa olunmasına dair tapşırıqlar verdik. Çünki Azərbaycan iri həcmdə neftini Avropa bazarlarına tədarük edir və Xəzər dənizinin şərq sahilində yerləşən dövlətlər üçün tranzit ölkəyə çevrilir”, - deyə İ.Əliyev cümə axşamı Bakıda Ukrayna prezidenti Pyotr Poroşenko ilə birgə bəyanat zamanı bildirib.
Azərbaycan prezidenti əlavə edib ki, bu layihənin bərpası yaxşı nəqliyyat imkanları yaradacaq. Bunun sayəsində Xəzər, Qara və Baltik dənizlərini birləşdirmək mümkün olacaq.
“Bu üçbucaq əməkdaşlıq üçün potensiala malikdir. Hesab edirəm ki, şübhəsiz, bizim aramızda qarşılıqlı əlaqə məsələsində nəqliyyat dəhlizi əsas rol oynayır”, - deyə İ.Əliyev vurğulayıb.**