Azərbaycan və Ukrayna gömrük və mədəniyyət sahələrində əməkdaşlığa dair sazişlər imzalayıblar. Bu barədə “İnterfaks-Ukrayna” agentliyi xəbər verir.
Sənədlər bu gün Ukrayna prezidenti Petro Poroşenkonun Bakıya səfəri çərçivəsində imzalanıb.
Xüsusilə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclasının yekunları üzrə iclasın protokolu, iki ölkənin gömrük orqanları arasında gömrük pozuntuları ilə mübarizə sahəsində və hava nəqliyyatı ilə daşımalar zamanı qarşılıqlı əməkdaşlıq haqqında sənəd, Azərbaycan və Ukrayna Mədəniyyət nazirlikləri arasında 2016-2020-ci illəri əhatə edən mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq proqramı imzalanıb.
P.Poroşenko artıq azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar aparıb.Ukrayna prezidentinin səfər proqramına həmçinin Azərbaycanın baş naziri, Milli Məclisin sədri və Ukrayna icması ilə görüşlər daxildir.