Ukrayna prezidenti Pyotr Poroşenko yanacaq-enerji sahəsində Azərbaycanla əməkdaşlıqda yaxşı perspektivlər görür.
“Yanacaq-enerji sahəsində əməkdaşlıq pespektivlərini biz ayrıca müzakirə etdik. Söhbət Azərbaycanın ehtiyat və Ukraynanın tranzit potensiallarının istifadəsindən gedir”, - deyə P.Poroşenko cümə axşamı Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə bəyanat zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan investorlarının Ukraynanın yanacaq-enerji bazarında konkret layihələrdə iştirakı, həmçinin Azərbaycanın enerji ehtiyatlarının Avropa bazarlarına rahat çıxışı məsələləri müzakirə olunub.
“Əminik ki, müzakirə etdiyimiz “Yeni İpək yolu” layihəsinin reallaşdırılması perspektivlidir”, - deyə Ukrayna prezidenti əlavə edib. **