2016-cı ilin birinci yarısında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 661 mln. 742 min manat vergi ödəyib. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2015-ci ilin birinci yarısında SOCAR dövlət büdcəsinə 728 mln. 730 min manat vergi ödəyib. Beləliklə, 2016-cı ilin yanvar-iyun aylarında vergi ödənişlərinin həcmi 9,2% azalıb.
Cari ilin iyun ayında SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 98 mln. 961 min manat təşkil edib.
Yanvar-iyun ayları ərzində SOCAR-ın icbari sosial sığorta üzrə ödənişləri 69 mln. 532 min manat təşkil edib (azalma 0,4% - İF-Az). İyunda şirkətin ödənişləri 12 mln. 173 min manat təşkil edib.
2015-ci ildə SOCAR dövlət büdcəsinə 1 mlrd. 480 mln. 195 min manat vergi ödəyib.
SOCAR-ın 2016-cı il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 mlrd. 240 mln. manat səviyyəsində müəyyən edilib. **
N.Abbasova