Türkiyə-Suriya münasibətlərinin normallaşması Suriyanın prezidenti Bəşər Əsədin istefasından sonra mümkündür. Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.
“Görünür, Suriyada nə isə dəyişməlidir və, öncə, Əsəd istefa verməlidir”, - deyə B.Yıldırın BBC kanalına müsahibəsində bildirib.
“Bu baş vermədən Türkiyənin mövqeyi dəyişməyəcək”, - deyə baş nazir vurğulayıb.
Dünən o bəyan edib ki, Türkiyə Suriya ilə yaxşı münasibətləri inkişaf etdirmək niyyətindədir.
“Biz dostların sayını artıracağıq. İsrail və Rusiya ilə münasibətləri normallaşdıraraq artıq bunu etməyə başlamışıq. İndi, əminəm ki, Suriya ilə əlaqələri normallaşdıracağıq. Bu bizə lazımdır”, - baş nazir vurğulayıb.
Görünür, müşahidəçilər onun sözlərini Türkiyənin Sutriya hakimiyyəti barəsində mövqeyinin dəyişilməsi kimi səhv qiymətləndiriblər. **