BANK MÜŞTƏRİLƏR XİDMƏT
“Bank Respublika”nın baş ofisi yeni iş rejiminə uyğun xidmət göstərəcək
16 iyul 2016-cı il tarixindәn etibarən “Bank Respublika”nın baş ofisi şənbə günlərində müştərilərə bank xidmətlərinin göstərilməsini dayandırır. Bu barədə bankdan məlumat verilib.
Eyni zamanda, bankın Ofis24 şöbəsi həftənin 7 günü 24 saat rejimində müştərilərə fasiləsiz xidmət göstərməkdə davam edir.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT (“25% + 1 səhm” həcmində səhm paketinə malikdirlər) var.*
A.Əzizov
Cari ilin birinci yarısında birbaşa qovulan benzin istehsalı 1,9% - 96,5 min tonadək, dizel yanacağı istehsalı 22,2% - 1 mln. 147,4 min tonadək, sürtkü yağlarının istehsalı 50% – 5,1 min ton, neft bitumu istehsalı 12,4% - 60,6 min ton, neft koksunun istehsalı 25,5% - 90,7 min tonadək azalıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən bu zavodun tərkibinə daxil edilib.**
N.Abbasova