Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna və Azərbaycan arasında əmtəə dövriyyəsinin üç qat artacağını gözləyir. 2016-cı ilin birinci rübü ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 20% artıb.
"Biz əmtəə dövriyyəsinin üç dəfə artırılması barədə razılığa gəldik. Təkcə birinci rüb ərzində əmtəə dövriyyəsi 20% artıb, amma biz qərara gəldik ki, bu göstərici kifayət deyil", - deyə P.Poroşenko bu gün Bakıda Ukrayna icması ilə görüşdə bildirib.
Onun sözlərinə görə, əsas səylər metallurgiya, kənd təsərrüfatı və energetika sahələrinə yönəldiləcək.
"Söhbət Azərbaycan qazı və neftindən gedir. Həmişə Rusiya qazından asılı olmayacağıq ki – difersifikasiya edəcəyik. Bu məsələ bizim milli təhlükəsizliyimizlə bağlıdır", - deyə Ukrayna prezidenti qeyd edib.*