AzərbaycanXarici İşlər Nazirliyi Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyir və hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını kütləvi yerlərdən kənar durmağa çağırır.
“Biz Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyirik. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir", - deyə XİN-in mətbuat xidmətinin Nitsada törədilmiş terror aktı ilə əlaqədar mətbuata yaydığı açıqlamada bildirilir.
Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır.
XİN hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırıb*.
A.Əzizov