13 oktyabr 2016-cı ildən Azərbaycanda “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında qanun” qüvvəyə minəcək.
Qanunun mətni cümə günmü rəsmi mətbuatda dərc olunub. 31-ci maddəyə əsasən, bu qanun dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minir.
İqtisadiyyat Nazirliyinin hazırladığı qanunun məqsədi ölkədə iqtisadi maraqların müdafiəsi ilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləməkdir.
Xüsusilə, qanun dempinqli idxalın müəyyən edilməsi, dempinq marjasının müəyyən edilməsi, dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsindəyerli istehsal sahəsinə vurulan maddi zərərin müəyyənedilməsi, spesifik subsidiyanın məbləğinin hesablanmasını nəzərdə tutur.
Müvəqqəti antidempinq və ya kompensasiya rüsumlarının tətbiqi barədə qərar araşdırma başladığı gündən 60 gündən tez müddətdə qəbul oluna bilməz.
Həmçinin qanun müvəqqəti antidempinq və kompensasiya tədbirlərinin tətbiqini nəzərdə tutur.
Sənəd Ümumdünya Ticarət Təşkilatının göstərişləri əsasında hazırlanıb. **
A.Əzizov