Prezident İlham Əliyev İsveçrənin maliyyə nazirini qəbul edib
İyulun 15-də prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Maliyyə Departamentinin rəhbəri, Federal Kansler Ulrix Maurerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytlnda məlumat verilir.
Qeyd edək ki, U.Maurer Bakıya ikigünlük səfəri çərçivəsində bir sıra hökumət rəsmiləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.
İkitərəfli görüşlər çərçivəsində ölkənin cari iqtisadi və maliyyə durumu müzakirə olunacaq.*
N.Abbasova