Bazar ertəsi Qarabağ münaqişəsi üzrə vasitəçilər Türkiyədə toplaşacaqlar
İyulun 18-də ATƏT-in Minsk qrupunun həmsədrləri Türkiyəyə səfər edəcəklər. Bu barədə Türkiyə XİN başçısı Mövluq Çavuşoğlu bəyan edib.
“Minsk qrupunun həmsədrləri Ankaraya səfər edəcəklər və mən onlarla görüşməyi planlaşdırıram”, - deyə M.Çavuşoğlu cümə günü Azərbaycan XİN başçısı E.Məmmədyarovla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Moslva ilə Ankara arasında münasibətlərin normallaşması Qarabağ münaqişəsinin nizamlanamsı üçün faydalı olacaq.
“Türkiyə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstək verəcək. Biz gələcəkdə də Azərbaycanın mövqeyini dəstəkləyəcəyik”, - deyə o qeyd edib.
M.Çavuşoğlu əlavə edib ki, Qarabağ münaqişəsinin nizamlanması Türkiyə və Rusiya prezidentləri və iki ölkənin XİN başçılarının görüşləri zamanı müzakirə olunacaq. **