2016-cı ilin birinci yarımilliyində qeyri-neft sektoru üzrə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 2 mlrd. 495,4 mln. manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,4% çoxdur. Bu barədə vergilər naziri Fazil Məmmədov bəyan edib.
“2016-cı ilin birinci yarımilliyində dövlət büdcəsinə 3 mlrd. 190.1 mln. manat vəsait toplanaraq proqnoza 102% əməl edilib. Qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə 2 mlrd. 495,4 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% çoxdur. Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 78,2% təşkil edib”, - deyə F.Məmmədov cari ilin ilk altı ayının nəticələrinə həsr edilmiş kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, yanvar-iyun aylarında bu vergilərin 929 mln. manatı və ya 29,1%-i dövlət sektorundan, 2 mlrd. 261,1 mln. manatı və ya 70,9%-i qeyri-dövlət sektorundan daxil olub.
F.Məmmədov əlavə edib ki, hesabat dövründə regionlardan vergi daxilolmaları 275,3 mln. manat təşkil edib. **
A.Əzizov