Avropa İttifaqı Türkiyədə qanuni seçilən hakimiyyəti dəstəkləyir, lakin onları qanunun aliliyi prinsiplərini pozan tədbirlərdən uzaq olmağa çağırır. Bu barədə bazar ertəsi Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerinibəyan edib.
“Bu faciəli gecə ərzində biz ilk olaraq bildirirdik ki, qanuni hakimiyyət orqanlarını müdafiə etmək lazımdır. Bu gün isə deyirik ki, bu ölkədə qanunun aliliyi prinsiplərini qoruyub saxlamaq lazımdır”, - deyə o Brüsseldə bildirib.
“Ölkəni bu qaydadan çəkindirən hər hansı bir tədbirlərə bəraət qazandıran heç bir səbəb ola bilməz”, - deyə F.Mogerini əlavə edib. **