Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir. Prezident mərasimdə nitq söylədi.
Sonra gənclər və idman naziri Azad Rəhimov, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev, paralimpiyaçı İlham Zəkiyev, yunan-Roma güləşçisi Rəsul Çunayev çıxış etdilər.
İdmançılar Olimpiya andı içdilər.
5-21 avust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları, 7-18 sentyabr tarixlərində isə XV Yay Paralimpiya Oyunları keçiriləcək. **
R.Babayev