SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin I yarısında 3 mln. 781,8 min ton neft hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
İyun ayında şirkət tərəfindən 620 min ton neft hasil olunub.
2016-cı ilin I yarısında Azərbaycan üzrə neft hasilatının həcmi 21 mln. 64,2 min ton (artım 0,4%), iyunda 3 mln. 519,7 min ton təşkil edib.
2015-ci ildə SOCAR 8 mln. 160,5 min ton neft hasil edib, ümumilikdə Azərbaycan üzrə hasilatın həcmi 41 mln. 689 min ton təşkil edib.
2016-cı ildə Azərbaycan hökuməti neft hasilatının 40 mln. 744,9 min ton səviyyəsində olacağını gözləyir.*
N.Abbasova