SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin I yarısında 3 mlrd. 162,1 mln. kubmetr qaz hasil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 6,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Cari ilin iyun ayında şirkət tərəfindən 512 mln. kubmetr qaz hasil olunub.
Ümumilikdə 2016-cı ilin I yarısında Azərbaycan üzrə qaz hasilatının həcmi 17 mlrd. 410 mln. kubmetr (artım 18,6%), o cümlədən iyunda 2 mlrd. 472 mln. kubmetr təşkil edib.
2015-ci ildə SOCAR 6 mlrd. 871,4 mln. kubmetr qaz hasil edib. Azərbaycan üzrə isə qaz hasilatının həcmi 29 mlrd. 742,7 mln. kubmetr təşkil edib.
Cari ildə Azərbaycan hökuməti qaz hasilatını 29 mlrd. 345 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.*
N.Abbasova