Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkədə idmanın inkişafını qeyd edir.
“Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür”, - deyə İ.Əliyev
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimində bəyan edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Yay Olimpiya Oyunlarında Azərbaycanın 56 idmançı ilə təmsil olunacağını deyən prezident budəfəki Oyunlara 57 lisenziyanın qazanıldığını diqqətə çatdırdı.
İ.Əliyev Braziliyada azətrbaycanlı idmançıların ölkəni ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğuladı.
Dövlət başçısı bildirdi ki, “Azərbaycan idman dövlətidir və ölkəmizdə idmanın inkişafı ilə bağlı məqsədyönlü siyasət aparılır”.
“Düşünülmüş siyasət idmanı Azərbaycan cəmiyyətində önəmli amilə çevirib”, - deyə İ.Əliyev cəmiyyətdə idmançıların layiqli yer tutduğunu və idmanla məşğul olmaq istəyənlərin sayının getdikcə artdığını vurğuladı. **
R.Babayev