Milli Məclisin deputatı, poliotoloq Rasim Musabəyov əmindir ki, əgər Ermənistanın hazırki hakimiyyəti “Yeni Ermənistan” ictimai xilas cəbhəsinin lideri Jirayr Sefilyanın tərəfdaşlarının şantajı qarçşısında geri çəkilərsə, bu onlar üçün sonun başlanğıcı olacaq.
“Şantaj qarşısında geri çəkilmə Ermənistan hakimiyyətinin süqutu olacaq”, - deyə R.Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
O həmçinin kiçik silahlı qruplaşmanın Serj Sarqsyanı devirməyini cəfəngiyyat adlandırıb. “Kiçik qruplaşmanın Serj Sarqsyanı devirməsi cəfəngiyyatdır. Sarqsyandan barazı xalqın küçələrə çıxaraq bu rejimi devirməyə ümid var. Lakin. Buna bənzər heç nə baş vermir. Düşünürəm ki, onların təslim olmağa ağılları çatar, əks halda onları məhv edəcəklər”, - deyə politoloq qeyd edib.
J.Sefilyana gəlincə, R.Musabəyov bildirib ki, silahlı münaqişələr zamanı bu cür şəxslərə ehtiyac var. “O quldur, Livandan olan terrorçudur. Qarabağ münaqişəsi başlananda o azərbaycanlıları öldürməyə gəlib. Bu cür şəxslərə münaqişələr zamanı ehtiyac duyulur, sülh şəraitində onlar qətiyyən dözülməz insanlardır”, - deyə o vurğulayıb.
Deputatın sözlərinə görə, J.Sefilyan Ermənistan hakimiyyətini qane etməyən tərzdə hərəkət etməyə davam edirdi. “Digər tərəfdən, Ermənistanın hazırki hakimiyyəti də Jirayrdan geri qalmır. Bir müddət ona qarşı səbrlə yanaşırdılar. Sefilyanın hərəkətləri hakimiyyət üçün birbaşa təhlükə yaradanda, onu həbs etdlər. Bu cür insanlar düzəlmir. Onun tərəfdaşları silah gücü ilə hakimiyyəti şantaj etməyə çalışırlar”, - deyə R.Musabəyov vurğulayıb. **
F.İsazadə