Şəmkirdə insan tələfatı ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
"Şəmkir rayonunun Morul kəndi ərazisində «VAZ-21099» markalı avtomobilin aşması nəticəsində sürücü Sərvan Rəhimov və sərnişin Elbrus Nəcəfov həlak olub", - deyə məlumatda bildirilir.
Daha bir sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.*
R.Babayev