2016-cı ilin birinci yarısında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 767,7 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla belə, iyunda Azərbaycanda 213,2 min kvadratmetr mənzil istifadəyə verilib.
Statistik məlumatlara əsasən, cari ilin yanvar-iyun ayları ərzində mənzil tikintisinə investisiyalar 78,62 mln. manat təşkil edib (azalma 45,8%).
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 927,2 min kvadratmetr təşkil edib, bu isə 2014-cü ilin göstəricisindən 12,3% azdır. **
A.Əzizov