Azərbaycan 2016-cı ilin yanvar-may aylarında 14 mln. 898,3 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $3 mırd. 783 mln. 629,5 min (azalma 32,9%) təşkil edib.
Hökumətin məlumatına görə, 2016-cı ilin yanvar-may aylarında ixrac edilmiş $2 mlrd. 315 mln. 295,7 min məbləğində neftin bəyan edilmiş həcmi 8 mln. 825,7 min ton təşkil edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycandan 32 mln. 520 min 401,97 ton neft ixrac olunub.*
N.Abbasova