Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini xatırladıb ki, Aİ-yə üzv olmağa cəhd edən heç bir ölkə edam cəzası tətbiq edə bilməz.
“Edam cəzası tətbiq edən heç bir ölkə Aİ-yə üzv ola bilməz, bu aydın məsələdir”, - deyə o bazar ertəsi Beüsseldə ABŞ dövlət katibi Con Kerri ilə birgə mətbuat konfransında bəyan edib.
F.Mogerini həmçinin xatırladıb ki, Türkiyə Avropa Şurasının üzvüdür və bununla əlaqədar edam cəzasına qarşı Avropa İnsan Hüquqları Konvensiyasına riayət etməlidir. **