«Azərbaycan böyük inkişaf yolu keçib və inkişaf etmiş dövlətə çevrilib, çünki xalq və hakimiyyət birdir", - deyə İ.Əliyev Azərbaycan idmançılarından ibarət nümayəndə heyətinin Rio-de-Janeyroda keçiriləcək XXXIYay Olimpiya Oyunlarına yola salınması mərasimində bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində ölkənin inkişafı məsələləri ilə bağlı fikir ayrılığı yoxdur. "Çünki biz öz hesabımıza yaşayırıq. İqtisadi və siyasi nöqteyi-nəzərdən müstəqilik. Azərbaycan xalqının maraqlarına əsaslanan müstəqil siyasət yürüdürük", - prezident vurğulayıb.
İ.Əliyev qeyd edib ki, Azərbaycan dünya ictimaiyyəti üçün açıqdır. "Buna görə dünyada dostlarımızın sayı və hörmətimiz artır, bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı çoxalır", - deyə dövlət başçısı vurğulayıb.*
R.Babayev