Prezident İlham Əliyev bazar ertəsi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb.
Xüsusilə, layihəyə əsasən Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postlarının təsis olunması təklif olunur.
Konstitusiyanın 100-cü maddəsindən “Yaşı otuz beşdən aşağı olmayan,” sözlərinin çıxarılması təklif edilir. Hazırda yaşı 35-dən aşağı olmayan, 10 ildən artıq Azərbaycan Respublikası ərzisində yaşayan, səsvermə hüququqna malik olan, həmçinin ağır cinayətət görə məsuliyyətə cəlb olunmayan, digər dövlətlər qarşısında öhdəlikləri olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan respublika vətəndaşı Azərbaycan prezidenti seçilə bilər.
Bundan başqa, dəyişikliklər çərçivəsində prezidentin səlahiyyətlərinin 7 ilədək artırılması təklif olunur (hazırda 5 ildir). **
R.Babayev