Vaşinqton və Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində birgə işləyir. Bu barədə ABŞ dövlət katibi Con Kerri bəyan edib.
«ABŞ və Rusiya bir sıra istiqamətlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzərində birgə işləyir», - deyə o, NBC telekanalına müsahibəsində bildirib.
Dövlət katibi qeyd edib ki, bu yaxınlarda Rusiyaya səfəri zamanı prezident Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini müzakirə edib.*
F.İsazadə