2016-cı ilin I yarısında Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi $934 mln. 453,46 min təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 4,6% azdır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumata görə, 2016-cı ilin I yarısında Azərbaycanın bütün xarici ticarət dövriyəsinin 11,88%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Hesabat dövründə Azərbaycan məhsullarının Rusiyaya ixrac həcmi $191 mln. 702,48 min təşkil edib ki, bu da 2015-ci ilin I yarısının göstəricisindən 4,7% azdır. Bütovlükdə, 2016-cı ilin yanvar-iyun aylarında Azərbaycandan ixracın 5,02%-i Rusiyaya tədarükün payına düşüb.
Cari ilin I yarısında Rusiya məhsullarının Azərbaycana idxal həcmi $742 mln. 750,98 min təşkil edib, bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 4,5% azdır. Yanvar-iyun aylarında Azərbaycana idxalın ümumi həcmində 18,35% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, Rusiya ilə idxal-ixrac əlaqələrində Azərbaycanın mənfi saldosu $551 mln. 48,5 min təşkil edib.
Xəbər verildiyi kimi, 2015-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi $1 mlrd. 854 mln. 672,03 min, Azərbaycandan Rusiyaya ixrac $416 mln. 770,78 min, Rusiya məhsullarının Azərbaycana idxalı $1 mlrd. 437 mln. 901,25 min həcmində olub.*
N.Abbasova