Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu gün hərracda $50 mln. məbləğində xarici valyuta satıb. Bu barədə fonddan məlumat verilib.
“İyulun 19-da Mərkəzi Bank tərəfindən hərrac təşkil edilib. Hərraca çıxarılan $50 mln. məbləğində vəsait 28 bank tərəfindən əldə edilib”, - deyə məlumatda qeyd olunur.
İyul ayında ARDNF banklara $300 mln., AMB isə $150 mln. məbləğində xarici valyuta satıb.**
A.Əzizov