2016-cı ilin birinci yarısında Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiəti mühafizə vətəndaşlar barəsində qanunvericiliyinin pozulmasına görə 294 min manat ümumi məbləğdə cərimə tətbiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ötən dövrdə təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunan 239 nəfər vəzifəli şəxslərə və vətəndaşlara 294 min manat məbləğində cərimə tətbiq olunub. Bundan başqa, qaldırılan 217 iddiaya əsasən 58 min manat həcmində cərimə təqdim edilib”, - deyə məlumatda deyilir.
Komitənin məlumatına əsasən, 2016-cı ilin birinci yarısında nazirliyin monitorinq xidmətləri tərəfindən 875 müəssisədə müvafiq müayinələr aparılıb. “Su hövzələrinin və torpaq ehtiyatlarəının çirkləndirilməsi üzrə tədqiq olunan hər dörd müəssisədən, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunan hər üç mobil və stasionar mənbədən birində atılan tullantıların yol verilən normanı aşdığı müəyyən edilib”, - deyə Komitədən qeyd olunub. **
N.Abbasova