Çərşənbə axşamı ABŞ-da yaşayan islam moizəçi Fətullah Gülən bəyanat dərc edib. Bəyanatda ABŞ-a “siyasi qisas üçün” ekstradisiya prosesindən sui-istifadə cəhdlərindən yayınmaq xahiş olunur.
“Mən ABŞ hakimiyyətini siyasi qisasın həyata keçirilməsi üçün ekstradisiya prosesindən istənilən sui-istifadə cəhdlərindən yayınmağa çağırıram”, - deyə F.Gülənin bəyanatında deyilir.
“Süquta uğrayan dəhşətli çevrilişə aiddiyyəti olduğunu hesab etmək gülünc, məsuliyyətsiz və yanlış fikirdir”, - deyə bəyanatda qeyd olunur.
Öncə Ağ Evin rəsmisi Coş Ernest məlumat verib ki, ABŞ və Türkiyə liderləri Barak Obama və Rəcəb Tayyip Ərdoğan F.Gülənin statusu məsələsini müzakirə ediblər. “Türkiyə hakimiyyəti Gülənin işi üzrə materialları elektron formada ABŞ hakimiyyətinə təqdim edib”, - deyə o brifinqdə qeyd edib.
C.Ernestin sözlərinə görə, ABŞ Ədliyyə Nazilrliyi və Dövlət Departamenti Birləşmiş Ştatlar və Türkiyə arasında 30 ildən artıq qüvvədə olan ekstradisiya sazişinə uyğun olaraq, həmin materiallara baxır. **