Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 20-nə manatın dollara qarşı rəsmi məzənnəsini iyulun 19-na olan 1,5631 manat/$1 səviyyəsinə qarşı 1,5662 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,1983% ucuzlaşıb.
AMB iyulun 20-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyulun 19-da qeydə alınmış 1,7313 manat/1EUR səviyyəsinə qarşı 1,7252 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,3523% möhkəmlənib.
İyulun 20-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyulun 19-na olan 0,0248 manat/1RUR səviyyəsinə qarşı 0,0247 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 0,4032% möhkəmlənib.
Mərkəzi Bank iyulun 20-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini iyulun 19-na olan 0,524 manat/1YTL-ə qarşı 0,515 manat/1YTL səviyyəsində müəyyən edib. Bununla da manat lirəyə qarşı 1,7175% bahalaşıb.*
A.Əzizov