2016-cı ilin I yarısında Azərbaycanda 163,3 mln. manat dəyərində tikinti materialları istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 23,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikada 1 mln. 36,2 min ton sement (azalma 25%), 57,2 min ton tikinti gipsi (azalma 38,1%), 22 min 385,6 ton sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri (azalma 72,1%), 88,6 min ton tikinti kərpici (azalma 30,9%), 214,4 min ton hazır beton qarışığı (azalma 59,9%), 2 min 182,8 ton emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar (azalma 64,6%) istehsal olunub.
Yanvar-iyun aylarında tikinti əhəngi istehsalında 41,6% - 13 min 262,1 ton, betondan yığma tikinti konstruksiyalarının istehsalında 3,4 dəfə – 29,1 min kubmetr, asfalt istehsalında 66,7% - 238,7 min tonadək artım qeydə alınıb.*
N.Abbasova