Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkiyədə hərbi yolla dövlət çevrilişi cəhdini qınayıb.
R.Usubov Türkiyənin daxili işlər naziri Efkan Alaya telefonla zəng edərək, hərbi çevrilişin qəbuledilməz olduğunu bildirib. Bu barədə DİN-in mətbuat xidməti məlumat verib.
“Azərbaycan Türkiyədəki demokratiya və xalq tərəfindən seçilmiş hökuməti tam dəstəkləyir”, - deyə R.Ususbov vurğulayıb.
E.Alay dəstəyə və göstərilən həmrəyliyə görə R.Usubova təşəkkürünü bildirib. **
R.Babayev