Nazirlər Kabineti “Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında” qərar verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Sənədə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilir və onların bazasında Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılır.
Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən, Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilərək Hüquq və İnsan Haqları İnstitutunun struktur tərkibinə verilib. Fəlsəfə və Hüquq İnstitutu Fəlsəfə İnstitutu adlandırılıb. **
F.İsazadə