Türkiyə Ali Təhsil Şurası ali məktəblərin professor və müəllimlərinə xaricə səfər etməyi qadağan edib. Bu barədə yerli mətbuat məlumat verib.
Belə ki, Şura ali məktəblərin rektorlarını vəziyyəti dərhal öyərənərək, akademik və inzibati işçi heyətinin Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqələrini yoxlamağa çağırıb.
“Anadolu” agentliyinin qeyd etdiyi kimi, hesabatları avqustun 5-dək hazırlamaq lazımdır.
Bundan başqa, Şura xaricə olan bütün ali məktəb müəllimlərini qısa zamanda vətənə qayıtmağa çağırıb.
Öncə Türkiyə hökuməti bütün dövlət qulluqçularının xaricə səfərlərinə məhdudiyyət qoyulduğunu elan edib. **