Avqustun ilk ongünlüyündə Rusiyanın şəhərlərinin birində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyip Ərdoğan arasında görüş keçiriləcək. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“İndi diplomatik kanallar Putin və Ərdoğanın görüşü üzərində işləyir. Bu görüşün avqustun ilk ongünlüyündə baş tutmasına dair razılıq əldə olunub. Hazırda şəhər və tarix dəqiqləşdirilir”, - deyə D.Peskov “İnterfaks”ın sualına cavabında jurnalistlərə bildirib.
Mətbuat katibi Rusiya və Türkiyə liderlərinin görüşünün avqustun 9-da Bakıda keçiriləcəyinə dair şəyiələri təkzib edib.
“Bu yanlış məlumatdır. Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü olacaq”, - deyə D.Peskov vurğulayıb. **