Birinci yarımillikdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatların 80%-ni müdafiə və xüsusi, 20%-ni isə mülki təyinatlı məmulatlar təşkil edib. Bu barədə nazirliyin müəssisələrində 2016-cı ilin birinci yarımilinin yekunlarına həsr edilmiş səyyar kollegiya iclasında qeyd olunub.
“Mülki təyinatlı məhsulların istehsalı üzrə proqnoza 110% əməl edilib”, - deyə nazirlik qeyd edir.
Kollegiya iclasında vurğulanıb ki, nazirliyin müəssisələrində yaradılma üzrə 115 mövzunu əhatə edən elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. **
R.Babayev